QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 22 Sep 2022, 22:39
Ərdoğan Paşinyanla görüşə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşə bilər.

Qalanews xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Nyu-York şəhərindən səfərdən qayıdandan sonra söyləyib.

O, Praqada keçiriləcək sammitdə iştirak edib-etməməyi hazırda dəyərləndirdiklərini bildirib:

“Praqadakı sammitdə iştirak etsək, Paşinyan da ora gələ bilər. Deyəsən, onun ağlında “orada görüşə bilərikmi?” fikri var idi. Ola bilsin ki, onunla orada bu məsələlərlə bağlı söhbət edək.

Amma, təbii ki, Qafqazda bu məsələlərlə bağlı bizim də müəyyən addımlarımız olacaq. Hələlik biz yalnız planlaşdırma prosesindəyik. Qardaşımız İlham Əliyevlə bu məsələləri danışacağıq və ona uyğun addımlarımızı atacağıq”.




Baxış sayı: 241



OXŞAR XƏBƏRLƏR