QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 22 Sep 2022, 20:02
Türkiyə B Liqasına, Danimarka və Niderland final mərhələsinə vəsiqə qazana bilər

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start veriləcək.

A, C və D Liqalarında ümumilikdə 10 oyun keçiriləcək.

A Liqasında Danimarka və Niderland seçmələri bu tur final mərhələsinə vəsiqəni təmin edə bilər. Bunun üçün 1-ci qrupda yer alan skandinaviyalılar Zaqrebdə Xorvatiyaya, "narıncılar" isə Varşavada Polşaya qalib gəlməlidir.

Bundan başqa, 1-ci qrupda Fransa millisi evdə Avstriyaya uduzsa, sona 1 tur qalmış A Liqası ilə vidalaşacaq.

Gecənin maraqla gözlənilən matçlarından biri C Liqasında olacaq. Türkiyə yığması Lüksemburqu qəbul edəcək. "Ay-ulduzlular" evdə rəqibinə uduzmasa, vaxtından əvvəl B Liqasına vəsiqə qazanacaq.

Azərbaycan millisinin yer aldığı 3-cü qrupda da bir məsələlərə aydınlıq gələ bilər. Slovakiya evdə Canni De Byazinin baş məşqçi olduğu komandaya uduzsa, Qazaxıstan Belarusla matçın nəticəsindən asılı olmayaraq, qrup qalibi olacaq və B Liqasına yüksələcək.

D Liqasında isə Latviya millisi bu tur qrup birinciliyini vaxtından əvvəl təmin edə bilər.

UEFA Millətlər Liqası

Qrup mərhələsi, V tur

22 sentyabr

A Liqası

1-ci qrup

22:45. Fransa - Avstriya

22:45. Xorvatiya - Danimarka

Xal durumu: Danimarka - 9, Xorvatiya - 7, Avstriya - 4, Fransa - 2

4-cü qrup

22:45. Polşa - Niderland

22:45. Belçika - Uels

Xal durumu: Niderland - 10, Belçika - 7, Polşa - 4, Uels - 1

C Lqası

1-ci qrup

22:45. Türkiyə - Lüksemburq

22:45. Litva - Farer adaları

Xal durumu: Türkiyə - 9, Lüksemburq – 7, Farer adaları – 4, Litva – 0

3-cü qrup

18:00. Qazaxıstan - Belarus

22:45. Slovakiya - Azərbaycan

Xal durumu: Qazaxıstan - 10, Slovakiya - 6, Azərbaycan - 4, Belarus - 2

D Liqası

1-ci qrup

20:00. Latviya - Moldova

22:45. Lixtenşteyn - Andorra

Xal durumu: Latviya - 12, Moldova - 7, Andorra - 4, Lixtenşteyn - 0




Baxış sayı: 240



OXŞAR XƏBƏRLƏR