QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 22 Sep 2022, 16:03
ABŞ institutu: "Kremlin səfərbərlik elan etməsi Rusiyanın Ukraynada üzləşdiyi problemlərin təzahürüdür"

“Rusiya Prezidenti Vladimir Putinin ölkədə dünən, sentyabrın 21-də qismən səfərbərlik elan etməsi Kremlin Ukraynada üzləşdiyi problemlərin təzahürüdür. Bu, göstərir ki, Moskva yaxın aylarda bu problemləri həll edə bilməyəcək”.

Qalanews xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutundan bildirilib.

Məlumatda, həmçinin Kreml rəhbərinin dünənki çıxışındakı digər məqamlar da təhlil edilib:

“Vladimir Putin eyni zamanda, nüvə müharibəsi və ilhaq referendumları barədə danışıb. O, nitqi zamanı bu mövzuları bir-biri ilə əlaqələndirməmək üçün çalışdı. Halbuki bu məsələlər bir-biri ilə bağlıdır. Putin Rusiyanın nüvə silahından istifadəsini Qərbin təhdidləri konteksindən şərh edib. Bu fikirlər Kremlin əvvəlki açıqlamalarından fərqlənmir. Kremlin rəsmi mövqeyi bundan ibarətdir ki, guya NATO Ukraynanı müharibəyə sövq edir”.

İnstitut analitikləri bildirib ki, Rusiya Silahlı Qüvvələri Baxmutda infrastruktur obyektlərinə hava zərbələri endirir:

“Bu, Ukrayna qüvvələrinin şəhərdəki mövqelərinin hələ də möhkəm olduğunu göstərir. Rusiya qüvvələri Zaporojye vilayətinin qərbində heç bir quru hücumu həyata keçirməyib. Ukrayna mənbələrinin məlumatına görə Rusiya qüvvələri Zaporejye şəhərindəki infrastuktur obyektləri atəşə tutublar. Hər iki tərəfin məlumatına görə, dünən Qara dənizdə, Krım yarımadasında partlayışlar baş verib”.



report




Baxış sayı: 230



OXŞAR XƏBƏRLƏR