QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 20 Sep 2022, 13:52
Özbəkistan gələn ildən əcnəbi turistləri vergidən azad edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müvafiq qurumlara 2023-cü il yanvarın 1-dən əcnəbi turistlər üçün “tax free” sisteminin tətbiqi barədə göstəriş verib.

Bu barədə Mirziyoyevin mətbuat katibi Şerzod Asadov bildirib.

"Duty free” və “tax free” sistemlərinin tətbiqi ilə bağlı qərarın imzalanmasından üç il keçməsinə baxmayaraq, gecikmələrə yol verilir. Bu sistemlər 2023-cü il yanvarın 1-dən tam fəaliyyət göstərməlidir", - məlumatda deyilir.

Mətbuat katibi qeyd edib ki, ölkə başçısı gəlmə turizmin inkişafına mane olan bütün məhdudiyyətlərə yenidən baxılması barədə göstəriş verib.

Onun sözlərinə görə, aidiyyəti qurumlara xarici turistlərin müvəqqəti qeydiyyatının onlayn məlumatlandırma proseduruna keçirilməsi də tapşırılıb.




Baxış sayı: 257



OXŞAR XƏBƏRLƏR