QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 18 Sep 2022, 23:30
Gələn ilin büdcəsi sosialyönümlü olacaq

Gələn ilin dövlət büdcəsi daha çox sosialyönümlü olacaq.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.

O bildirib ki, 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 720 milyon manat təşkil edir. Bu isə əvvəlki ilə nisbətən 5.2 faiz artım deməkdir.

Millət vəkilinin sözlərinə görə, növbəti ilin dövlət büdcəsinin xərc hissəsi 33 milyard 300 milyon manat həcmində proqnozlaşdırılır. Bu isə 2022-ci illə müqayisədə 3.1 faiz çoxdur.

Rüfət Quliyev əlavə edib ki, büdcədə neftin bir bareli 50 dollar civarında götürülüb.

Millət vəkili qeyd edib ki, növbəti ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclər 4 milyard 411,8 milyon manat həcmində proqnozlaşdırılır.

Qeyd edək ki, 2023-cü ilin dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim olunub.





Baxış sayı: 248



OXŞAR XƏBƏRLƏR