QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 18 Aug 2022, 16:30
Azərbaycan Prezidenti Monqolustana səfərə dəvət olunub

Azərbaycan Prezidenti İlham Əliyev Monqolustana səfərə dəvət olunub.

Bu barədə Monqolustanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Munxbayar Qombosuren avqustun 18-də Prezident İlham Əliyevə etimadnaməsini təqdim edən zaman bildirib.

Q.Munxbayar son illərdə, xüsusilə 2018-ci ildə Monqolustan Prezidentinin Azərbaycana səfərindən sonra ikitərəfli əlaqələrin fəal şəkildə inkişaf etdirildiyini deyib. Səfir bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının otuz illiyinin qeyd olunduğunu vurğulayaraq Monqolustan Prezidentinin Azərbaycan Prezidentinə onun üçün münasib vaxtda ölkəsinə səfərə dəvətini çatdırıb.

Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul edib.




Baxış sayı: 260



OXŞAR XƏBƏRLƏR