QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 18 Aug 2022, 14:40
"Sportinq" Ronaldunu transfer etməkdə israrlıdır

Portuqaliyanın "Sportinq" klubu İngiltərə "Mançester Yunayted"ində çıxış edən Kriştianu Ronaldunun transferi üzərində işi gücləndirib.

Qalanews "Foot Mercato" nəşrinə istinadən xəbər verir ki, Lissabon təmsilçisinin idman direktoru Uqu Viana 37 yaşlı hücumçu və onun nümayəndələri ilə əlaqə saxlayıb.

Direktor Ronaldunu karyerasını "Sportinq"də davam etdirməyə çağırıb. Komandanın cari mövsüm UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirakı təcrübəli forvardın seçiminə təsir edə bilər.

Qeyd edək ki, Kriştianu Ronaldunun "Mançester Yunayted"lə 2023-cü ilin yayınadək müqaviləsi var. Ronaldu "Sportinq"in yetirməsi olub. O, 1997-2003-cü illərdə bu klubun formasını geyinib.



report




Baxış sayı: 331



OXŞAR XƏBƏRLƏR