QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 18 Aug 2022, 12:21
Ərdoğan Ukraynaya yola düşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfərə yollanıb.

Qalanews Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun təyyarəsi Ankaradakı Esenboğa hava limanından yola düşüb.

Ərdoğan Lvov şəhərində BMT Baş katibi Antonio Quterreş və həmkarı Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək.

Liderlərin Ukraynadakı durumu, o cümlədən taxıl ixracı prosesini müzakirə edəcəkləri gözlənilir.

Türkiyə Prezidentinin Kommunikasiya İdarəsindən verilən məlumata görə, Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii sərvətlər naziri Fatih Dönmez, milli müdafiə naziri Hulusi Akar, Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan və digər rəsmi şəxslər müşayiət edirlər.




Baxış sayı: 275



OXŞAR XƏBƏRLƏR