QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 17 Aug 2022, 16:51
Şuşadakı əmlaklar qiymətləndiriləcək

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi balansına verilmiş əmlakların qiymətləndirilməsi ilə bağlı açıq tender elan edib.

Qalanews dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, söhbət 221 ədəd abidə və digər tarixi tikilidən, 32 ədəd çoxmənzilli yaşayış evindən gedir.

Tenderdə iştirak haqqı 350 manatdır. İddiaçılar ilkin sənədləri sentyabrın 6-na, tender təklifi və onun dəyərinin 5%-i qədər bank təminatını isə sentyabrın 14-nə qədər Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 24 ünvanına təqdim edə bilərlər.

Təkliflərə sentyabrın 15-də qeyd olunan ünvanda baxılacaq.




Baxış sayı: 342



OXŞAR XƏBƏRLƏR