QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 17 Aug 2022, 14:39
Ukraynanın müdafiə naziri: "Qərb silahlarından Krımda istifadə edə bilərik"

"Ukrayna Qərb silahlarından istifadə edə bilər".

Qalanews UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov jurnalistlərə açıqlamasında deyib.

“ABŞ və tərəfdaşları tərəfindən Ukraynaya verilən silahlar Rusiya ərazisində istifadə edilə bilməz. Lakin bu, müvəqqəti işğal olunmuş Krıma aid deyil. Bizim ABŞ-la müqaviləmiz var ki, onların verdiyi silahlardan Rusiya ərazisini vurmaq üçün istifadə etməyəcəyik. Amma əgər biz Ukraynanın ərazilərinin azad olunmasından danışırıqsa, deməliyik ki, düşmən harada varsa, orada bu silahlardan yararlana bilərik”, - nazir bildirib.

Qeyd edək ki, ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu Krımdakı partlayışlarda Qərb silahlarından istifadə olunmadığını bildirib. Bununla belə, Aİ və ABŞ Krımı Rusiya ərazisi saymadıqlarından buna etiraz da etmirlər.




Baxış sayı: 268



OXŞAR XƏBƏRLƏR