az
Ukraynanın Odessa vilayətinə endirilən raket zərbəsindən sonra yanğın olub.
Qalanews “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə “Cənub” Əməliyyat Komandanlığından bildirilib.
Qeyd olunub ki, yanğın artıq söndürülüb.
Bildirilib ki, raket zərbəsi nəticəsində 4 mülki şəxs yaralanıb və xəsarət alanlara tibbi yardım göstərilib.
Baxış sayı: 264