QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 15 Aug 2022, 21:05
Latviya rus dilinin istifadəsini məhdudlaşdırmağı planlaşdırır

Latviyanın Ədliyyə Nazirliyi ikidilliliyi məhdudlaşdıran qanun üzərində işləyir.

Qalanews xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yanis Bordans bildirib.

Hazırlanmaqda olan qanun iş yerində və ictimai yerlərdə rus dilinin istifadəsinə məhdudiyyətləri əhatə edəcək.

O xatırladıb ki, 2012-ci ilin fevralında referendum keçirilib, əhalinin 74,8% rus dilinin ikinci dövlət dili olmasının əleyhinə səs verib və latış dilinin yeganə dövlət dili olması istəyini təsdiqləyib.

Onun sözlərinə görə, məhsulların satışı və ya xidmətlərin göstərilməsi zamanı dövlət dili ilə yanaşı, Avropa İttifaqı ölkələri xaric, digər ölkə dilinin istifadəsinə qadağa qoyulmalıdır.




Baxış sayı: 248



OXŞAR XƏBƏRLƏR