QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 15 Aug 2022, 20:02
Zelenski: “Rusiya şantajla heç nəyə nail ola bilməyəcək”

Ukrayna terrorun hər təzahürünə, bütün hücumlara cavab verməlidir.

Qalanews xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski əhaliyə videomüraciətində bildirib.

Onun sözlərinə görə, Ukrayna həmişə sülhə can atıb, dəfələrlə müxtəlif danışıqlar formatlarında Rusiya rəhbərliyinə müharibəni dayandırmağı və Ukrayna torpaqlarını işğaldan azad etməyi təklif edib.

“Rusiya öz təbliğat illüziyalarının əsarəti altındadır və hələ də ümid edir ki, guya müxtəlif şantaj formaları ilə nəyəsə nail ola bilər. Bilməz. Bu o deməkdir ki, biz özümüzü müdafiə etməliyik, terrorun hər bir təzahürünə, hər cür atəşə - bir gün dayanmayan amansız mərmilərə cavab verməliyik.

Təəssüf ki, itkilərimiz var, lakin biz bütün səviyyələrdə, bütün cəbhələrdə mübarizə aparmalı, dövlətimizi mümkün qədər gücləndirməli, birliyimizi qoruyub saxlamalı və anti-müharibə koalisiyamıza daha çox ölkə cəlb etməliyik”, - deyə o bildirib.




Baxış sayı: 238



OXŞAR XƏBƏRLƏR