QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 15 Aug 2022, 19:03
Rusiya və Çin keçmiş əfqan hərbçilərindən mühüm məlumatlar ala bilər

Rəsmi Vaşinqton amerikalıların təlim keçmiş yüzlərlə hərbçisini Əfqanıstandan çıxara bilmədi, bununla əlaqədar onlar digər dövlətlərlə, o cümlədən Rusiya, İran və ya Çinlə əməkdaşlığa başlaya və mühüm məlumatları açıqlaya bilərlər.

Qalanews xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində respublikaçıların hazırladığı hesabatda deyilir.

Qeyd olunub ki, ABŞ üçün milli təhlükəsizlik sahəsində ciddi risk var, çünki bu əfqanlar ordunun, eləcə də ABŞ kəşfiyyat ictimaiyyətinin taktikasını, texnikasını və üsullarını bilirlər.

“Bu, xüsusilə bəzi keçmiş əfqan əsgərlərinin İrana qaçması ilə bağlı xəbərlər fonunda aktualdır”, - hesabatda deyilir.

Respublikaçılar həmçinin ABŞ Prezidenti Cozef Baydenin Demokrat administrasiyasını şəhərin radikal Talibanın nəzarətinə keçməsindən cəmi bir neçə saat əvvəl Kabilin boşaldılması ilə bağlı yekun qərarlar verdiyinə görə tənqid ediblər.



report




Baxış sayı: 269



OXŞAR XƏBƏRLƏR