QALA NEWS

24 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 15 Aug 2022, 16:30
Çin və Tailand Hərbi Hava Qüvvələrinin birgə təlimləri başlayıb

Tailand Kral Hərbi Hava Qüvvələrinin Udorn bazasında Tailand və Çin Hərbi Hava Qüvvələrinin “Şahin zərbəsi 2022” kod adlı birgə təlimləri başlayıb.

Qalanews xəbər verir ki, bu barədə “China.org.cn” məlumat yayıb.

Nəşrin məlumatına görə, təlimlərdə Çin tərəfində qırıcı, qırıcı-bombardmançı və erkən xəbərdarlıq radar (AWACS) təyyarələri, Tailand tərəfindən isə qırıcı və erkən xəbərdarlıq radar təyyarələri iştirak edir.

Manevrlər zamanı hava dəstəyi, yer hədəflərinə zərbələr endirilməsi, kiçik və irimiqyaslı qoşunların yeridilməsi məşq ediləcək.

“Birgə təlimlər iki ölkənin hərbi-hava qüvvələri arasında qarşılıqlı etimadın və dostluğun möhkəmləndirilməsinə, regional təhlükəsizlik və sabitliyin birgə təmin edilməsi üçün ikitərəfli praktiki əməkdaşlığın dərinləşdirilməsinə yönəlib”, - qəzet qeyd edir.



report




Baxış sayı: 243



OXŞAR XƏBƏRLƏR