QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 13 Aug 2022, 17:40
Çin onillərdir bu savaşa hazırlaşır - Kuznetsov

Çin illərdir ABŞ-la qarşıdurmaya hazırlaşır. Ona görə də bu məsələ yalnız Tayvanla bitməyəcək.

Qalanews xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bildirib.

"Əsrin son onilliklərində Çin-Amerika qarşıdurmasının əsas arenası Asiya-Sakit okean regionu deyil, Çinin iqtisadi və siyasi ekspansiyasını çox uğurla həyata keçirdiyi Afrika qitəsi olub. Məhz Çin İran neftinin əsas istehlakçısıdır. Və Çin Yaxın Şərq regionunda antiamerikan əhval-ruhiyyəni və hərəkətləri stimullaşdırmaq üçün bir çox rıçaqlara malikdir", - deyə hərbi ekspert bildirib.

Kuznetsov Qırmızı dəniz sahilində, Süveyş kanalının yaxınlığında yerləşən Cibutidəki Çin hərbi bazasını da xatırladıb:

"Bir sözlə, Çin illərdir ABŞ-la qarşıdurmaya hazırlaşır, ona görə də açıq-aşkar Tayvanla bu məsələ bitməyəcək. Vəziyyətə məhz belə bir baxış kontekstində ən maraqlı və aktual olan yalnız bir sualdır: Nensi Pelosinin Tayvana səfərinə rəsmi Pekinin reaksiyası necə olacaq? Heç kimin zərrə qədər də şübhəsi yoxdur ki, bu, çox güclü reaksiya olacaq. Bütün dünya sözün əsl mənasında bunun nəcə olacağını gözləyərək "donub" qalıb".




Baxış sayı: 280



OXŞAR XƏBƏRLƏR