QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 13 Aug 2022, 12:30
Qarabağdan köçən ermənilər: "Geri dönmək fikrimiz yoxdur"

2020-ci ilin dekabrında Laçının Ağanus kəndini tərk etmiş ermənilər Qarabağa dönmək istəmirlər.

Qalanews teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə vaxtilə işğal edilmiş Laçının Ağanus kəndinə yerləşdirilmiş və daha sonra oranı tərk etmiş kənd sakinləri bildiriblər.

Xatırladaq ki, bir neçə gün öncə separatçıların "ərazi idarəetmə və infrastruktur naziri" Hayk Xanumyan mətbuata açıqlamasında bildirib ki, yeni Laçın yolu işə düşəndən sonra Ağanus kəndi ermənilərin nəzarətinə qaytarılacaq: "Ağanus icmasının ərazisi dəhlizə qayıdır. Azərbaycanın nəzarətindən çıxacaq, amma 44 günlük müharibə zamanı orada yaşayan ermənilər kəndi yandırıb talan ediblər".

Hayk Xanumyan Laçın şəhəri, Zabux və Sus kəndlərindəki evlərin yandırılmasının əleyhinə olduğunu bildirib.

Qeyd edək ki, Ağanus kəndi 44 günlük müharibənin bitməsindən bir neçə gün sonra, dekabrın 1-də Azərbaycanın nəzarətinə keçib. Müharibə zamanı təxliyə edilmiş kəndin 102 sakini var idi. Onların əksəriyyəti Ermənistanda məskunlaşıb.

Ağanus icmasının rəhbəri Artak Abrahamyan sakinlərin kəndə qayıtmaq istəmədiklərini bildirib: "Sakinlərin Ağanusa qayıtmasından danışmaq hələ tezdir. Sakinlər 1994-cü ildən 44 günlük müharibəyə qədər aldadılıb, hazırda heç kimin geri qayıtmaq fikri yoxdur. Bu gün Qarabağa köçürülmüş digər ermənilər oradan çıxarılır. Biz ora necə dönə bilərik?"

Ağanus kəndi Laçın rayonunun Fətəlipəyə kənd inzibati ərazi dairəsində yerləşir. Adını ərazidəki eyni-adlı mineral bulaqdan almışdır. Bəzi tədqiqatçılara görə, toponim ağ və naus (ərəbcə "məbəd" deməkdir. Sasanilər dövründə zərdüştiliyə sitayiş edənlərin qəbirüstü tikilisi də "naus" adlanırdı) sözlərindən düzəlib, "ağ rəngli məbəd" mənasını ifadə edir.

2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.




Baxış sayı: 341



OXŞAR XƏBƏRLƏR