QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 11 Aug 2022, 15:51
Konfrans Liqası: "Neftçi" "Rapid"ə qarşı

"Neftçi" bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

"Ağ-qaralar" Avstriyada "Rapid" (Vyana) klubunun qonağı olacaq.

"Allianz" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Qarşılaşmanı norveçli FIFA referisi Rohit Saqqinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Meydan sahiblərində serbiyalı müdafiəçi Aleksa fPeyiç cəzalı olduğu üçün matçı buraxacaq. "Neftçi"də isə itki yoxdur.

Qeyd edək ki, ki, Bakıdakı ilk qarşılaşmada Azərbaycan təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) duelinin güclüsü ilə üz-üzə gələcək. Lixtenşteyndəki ilk oyunda qalib müəyyənləşməyib - 1:1.

III təsnifat mərhələsi, cavab oyunu

11 avqust

22:30. "Rapid" (Vyana, Avstriya) - "Neftçi" (Azərbaycan)

Hakimlər: Rohit Saqqi, Qeyr İsaksen, Morten Yensen, Sivert Öksnes Amland (hamısı Norveç)

Vyana, "Allianz" stadionu




Baxış sayı: 334



OXŞAR XƏBƏRLƏR