QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 11 Aug 2022, 16:30
Dünyada neft tədarükü iyul ayında postpandemiya dövrünün maksimumuna çatıb

OPEC+ ölkələrində neft hasilatının artması, həmçinin bir sıra regionlarda texniki təmir işlərindən sonra sənayenin əhəmiyyətli dərəcədə bərpası fonunda iyul ayında dünyada neft tədarükü postpandemiya dövrünün maksimumuna çatıb.

Qalanews “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) aylıq hesabatında deyilir.

Məlumata görə, iyul ayında dünyada neft tədarükü gündəlik 100,5 milyon barelə çatıb, bu isə 2020-ci ilin yanvarından sonra ən yüksək göstəricidir.

BEA 2022-ci ildə dünyada orta neft tədarükünün gündəlik 100 milyon barel təşkil edəcəyini gözləyir.




Baxış sayı: 336



OXŞAR XƏBƏRLƏR