QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 11 Aug 2022, 12:47
Gömrük generalı Səfər Mehdiyev bahalı gülləkeçirməz maşınları necə alıb?
Bir neçə gün öncə mətbuatda Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səfər Mehdiyevin zirehli BMV markalı avtomobildə gəzdiyi ilə bağlı məlumatlar dərc olundu. Hətta Mehdiyevin ailəsinin də zirehli avtomobildən istifadə etməsi yayılan məlumatlar arasında yer alıb.

Mövzu ilə bağlı beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Axar.az-a açıqlamasında qanunla qadağan olunmayan hər bir şeyin icazəli sayıldığını deyib.

Onun sözlərinə görə, əgər məmur dövlət büdcəsinin hesabına özünə xüsusi zirehli avtomobil alarsa, o zaman onu sorğulamaq olar:

"Ona görə də dövlət qulluqçuları, həmçinin Səfər Mehdiyev bu gün zirehli avtomobildən rahat istifadə edə bilirlər. Amma bu gün nəinki dövlət qulluqçuları, hətta hər kəs zirehli avtomobil alıb sürə bilər. Buna heç bir qadağa yoxdur”, - hüquqşünas deyib.

Professor onu da bildirib ki, zirehli maşınlar çox bahalıdır, bu maşınlardan istifadə edən şəxslər onu hardan və necə aldığı haqda bəyannamə təqdim etməlidirlər:

"Gömrük Komitəsinin sabiq sədri hansı qazancla özü və ailəsinin bu avtomobillərdən istifadə etdiyini açıqlayarsa, heç bir problem olmaz. Sadəcə, məmurların bizneslə məşğul olması qadağandır. Yəni S.Mehdiyevin o maşınları halal qazancı ilə aldığını sübut etməsi olduqca çətin məsələdir”.



Baxış sayı: 4191



OXŞAR XƏBƏRLƏR