QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 11 Aug 2022, 12:30
“Ryanair” ucuz bilet satışını dayandıracaq

İrlandiyanın aşağıbüdcəli “Ryanair” aviaşirkəti daha 1-10 avro dəyərində biletlər satmayacaq.

Qalanews TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin icraçı direktoru Maykl O'Liri bildirib.

“Şübhəsiz ki, 1, 0,99 və hətta 9,99 avro dəyərində biletlər bazardakı ən ucuz biletlər idi. Düşünürəm ki, növbəti bir neçə onillikdə belə təkliflər olmayacaq. 10 avrodan ucuz biletlər dövrü arxada qaldı”, - O'Liri deyib.

O, qiymət artımının aviasiya yanacağının bahalaşması ilə əlaqədar olduğunu etiraf edib.

Şirkət rəhbərinin sözlərinə görə, yaxın 5 il ərzində biletlər üçün orta qiymət 50 avro civarında olacaq.




Baxış sayı: 236



OXŞAR XƏBƏRLƏR