QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 10 Aug 2022, 22:05
A.Arutyunyan: Azərbaycan ordusunun zərbələri nəticəsində iki hərbçimiz öldürülüb, 19-u isə yaralanıb

Dağlıq Qarabağda 3 avqust tarixində hərbi xidmətə çağırılan vətəndaşların qismən səfərbərliyinə son qoyulub. Müvafiq fərmanı qondarma rejimin rəhbəri Araik Arutyunyan imzalayıb.

"Regionda vəziyyət avqustun 1-dən etibarən qızışıb. Bundan sonra qismən səfərbərlik elan edildi."

Əhalisi və ərazisi olmayan qondarma rejimin rəhbəri Araik Arutyunyanın verdiyi məlumata görə, guya Azərbaycan Silahlı Qüvvələri şimal və şimal-qərb istiqamətinin hissələrində (mövcud olmayan) təmas xəttini keçməyə çalışıblar. Azərbaycan tərəfindən PUA və qumbaraatanların nəticəsində iki erməni hərbçisi ölüb, 19 nəfər isə yaralanıb.

Xatırladaq ki, avqustun 3-ü şəhid edilən Azərbaycan ordusunun müddətli həqiqi hərbi xidmət qulluqçusuna görə Azərbaycan ordusu adekvat cavab tədbiri olaraq, "Qisas" əməliyyatı keçirib.Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən düşmənin 4 hərbçisi məhv edilib, 15-dən çox hərbçisi yaralanıb.Bundan əlavə ərazidə mövqelənən terrorçu qrupların hərbi hissəsinə zərbələr endirilib, çoxlu sayda D 30 haubitsası, silah-sürsat anbarı, hərbi nəqliyyat avtomobilləri məhv edilib.





Baxış sayı: 3136



OXŞAR XƏBƏRLƏR