QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 10 Aug 2022, 15:14
Ukraynalı general: "Son 1 həftədə Rusiyanın 10-dan çox silah-sursat anbarı məhv edilib"

“Son 1 həftədə Rusiyanın 10-dan çox silah-sursat anbarı və komanda məntəqəsi məhv edilib”.

Qalanews xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin general-mayoru Dmitri Marçenko “RBK-Ukraina”ya müsahibəsində deyib.

“Rusiya qoşunları güclənmək üçün Xerson və Zaporojye vilayətlərində qüvvələri cəmləşdirir. Onlar Ukraynanın əks-hücumlarına hazırlaşırlar. Lakin ərazilərdəki tabor taktiki qruplarının yerləşdirilməsi onlara kömək etməyəcək. Bizim durumumuz pis deyil”, - o bildirib.

Onun sözlərinə görə, hazırda müvəqqəti işğal olunmuş Xerson və Zaporojye vilayətlərinin ərazilərində 25-ə yaxın tabor taktiki qrupu var: “Biz qorxmuruq. Onlarla qarşılaşmağa hazırıq".

Xatırladaq ki, daha əvvəl Rusiya ordusunun silah və texnikanı Xerson vilayətinin şimal-şərq rayonlarına yerləşdirdiyi barədə məlumat verilmişdi.




Baxış sayı: 370



OXŞAR XƏBƏRLƏR