QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 10 Aug 2022, 18:33
Bakıda təcridxanaya narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən bildirilib ki, Cinayət Məcəlləsinin 177.3.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Elmin Vilayət oğlu Cəfərova qardaşı Saatlı rayon sakini Elvin Vilayət oğlu Cəfərov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı gödəkçənin astar hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş kağız bükülülərdə ümumi çəkisi 2,522 qram olan narkotik maddə - tiryək və ümumi çəkisi 0,766 qram olan narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.




Baxış sayı: 353



OXŞAR XƏBƏRLƏR