QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 10 Aug 2022, 17:12
Azərbaycanlı dünya çempionu: "Ən güclü rəqiblərim İslamiadada yoxdur"

"Bizim üçün məsuliyyətli yarışdır. Ona görə də İslam Həmrəyliyi Oyunlarına həmişəki kimi yaxşı hazırlaşmışıq. Həm də dünya çempionatı ilə arasında az məsafə olduğundan, bu yarışa var gücümüzlə hazır olmağa çalışmışıq. İnşallah, komanda şəklində yeni rekorda imza atarıq".

Bunu Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında yunan-Roma güləşi üzrə dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizli deyib.

30 yaşlı güləşçi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı 55 kq çəki dərəcəsində təmsil edəcək. Əzizli bildirib ki, əsas diqqətlərini 10-18 sentyabr tarixlərində Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatına yönəldiblər:

"Şəxsən burada mənim əsas rəqibim Qazaxıstan və Türkiyə idmançısı olacaq. Çünki digərlərinə nisbətdə onlar daha yaxşıdır. Amma ən güclü rəqiblərim burada yoxdur, dünya çempionatındadırlar. Əsas ora hazırlaşırıq".

Qeyd edək ki, İslamiadada yunan-Roma güləşinə avqustun 12-də start veriləcək.




Baxış sayı: 350



OXŞAR XƏBƏRLƏR