QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 10 Aug 2022, 14:32
Azərbaycan və Əlcəzair mövcud iqtisadi potensialı reallaşdırmaq niyyətindədir

“Azərbaycan və Əlcəzair arasında iqtisadi münasibətlərin istifadə edilməmiş əhəmiyyətli səviyyədə potensialı mövcuddur”.

Qalanews xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamra birgə mətbuat konfrasında bildiriblər.

C.Bayramovun sözlərinə görə, enerji daşıyıcılarının ixracını həyata keçirən ölkələr olaraq Azərbaycan və Əlcəzair ilk növbədə enerji, həmçinin investisiyalar sahəsində əməkdaşlıq edə bilər: "Bu sahədə istifadə edilməmiş böyük potensial var".

O, Əlcəzairin XİN rəhbərinin Bakıya səfərinin iqtisadi münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.

R.Lamamra iki ölkənin iqtisadiyyat və investisiya sahələrində mövcud olan potensialın istifadə edilməsi üçün əllərindən gələn hər şeyi edəcəyini ümidvar olduğunu bildirib.

“Tezliklə Əlcəzair və Azərbaycan arasında Biznes Şurasının yaradılacağına ümid edirik. Belə ki, iqtisadi əməkdaşlıq üçün çox böyük potensial var. İqtisadi əməkdaşlığın potensialı haqqında daha çox öyrənmək, milli iqtisadiyyatlar və tənzimləmələr haqqında məlumat mübadiləsini həyata keçirmək üçün qarşılıqlı səfərlərimiz olacaq. Bu, sözügedən məsələlərdə lazımi qarşılıqlı anlaşma səviyyəsinə nail olmağa imkan verəcək”, - o vurğulayıb.




Baxış sayı: 322



OXŞAR XƏBƏRLƏR