QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 10 Aug 2022, 14:40
"Rapid"in baş məşqçisi: "Neftçi" səfər oyunlarında problem yaşayır"

"İstinad nöqtəsi əslində dəyişməyib. "Neftçi" bir neçə saat təyyarədə uçduqdan və bura çatdıqdan sonra iqlim fərqini hiss edəcək. Azarkeşlərimizlə tam fərqli oyun olacaq".

Bunu Avstriyanın "Rapid" komandasının baş məşqçisi Ferdinand Feldhofer evdə "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan öncə yerli mətbuata açıqlamasında deyib.

43 yaşlı mütəxəssis pley-offa çıxmaq şanslarının davam etdiyini bildirib: "Bundan necə yararlanacağımız isə özümüzdən asılıdır. "\Nəticələr göstərir ki, rəqib səfər oyunlarında problem yaşayır".

Avstriyalı baş məşqçi görüşün əhəmiyyətini xüsusi vurğulayıb: "Hər şey göz qabağındadır. Günümüzün korlanmasına icazə verə bilmərik. Penaltilər seriyasını istəmiriksə, oyunu iki top fərqi ilə qazanmalıyıq. Bizə də məhz bu lazımdır. Amma oyunun startında riskə girməyəcəyik".

Qeyd edək ki, avqustun 11-də Vyanadakı "Alyants" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bakıdakı ilk görüşdə "Neftçi" 2:1 hesablı qələbə qazanıb.




Baxış sayı: 300



OXŞAR XƏBƏRLƏR