QALA NEWS

17 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 10 Aug 2022, 14:03
General Səfər Mehdiyevin avtomobilini saxlayan DYP əməkdaşlarının işdən çıxarılması xəbəri saxta ÇIXDI

Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxlayan yol polisləri ilə bağlı yeni xəbər var.

Sözügedən DYP əməkdaşları vəzifələrindən azad edilərək, sərəncama götürülüb. İşdən kənarlaşdırılan DYP əməkdaşlarının adlarını dəqiqləşdirməyə və yaxın saatlarda olayla bağlı daha təfərrüatlı informasiya verməyə çalışacağıq. 

 

Məlumat üçün bildirək ki, bir neçə gün öncə Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən görüntülər yayılıb. Hadisə vaxtı keçmiş sədr idarə etdiyi “Mercedes Galendevagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına hirslənib.

 

Özünü general-polkovnik Mehdiyev kimi təqdim edən Səfər Mehdiyevin onu saxlayan polisə “Nə həyasız adamsan? Sirena yandırdığımı görmürsən?” dediyi görünüb.


Məlumatı Sferaaz saytı yayıb.DİN-dən verilən rəsmi açıqlamada, məlumatın saxta olduğu, həqiqətə uyğun olmadığı, həmin YPX əməkdaşlarının hal-hazırdada xidməti vəzifəsini davam etdirdiyi bildirilib.




Baxış sayı: 1060



OXŞAR XƏBƏRLƏR