QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 09 Aug 2022, 14:05
Kreml Ukraynanı “Bayraktar” zavoduna zərbə endirməklə təhdid edib

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Ukraynada “Bayraktar” pilotsuz uçuş aparatları istehsal edəcək zavodun yaradılacağı ilə bağlı məlumatlara münasibət bildirib.

Qalanews xəbər verir ki, Kreml rəsmisi həmin zavod yaradılacağı halda Ukraynanı ora zərbə endirməklə təhdid edib.

“Əgər Ukraynada “Bayraktar” PUA-larını istehsal edəcək zavod yaradılarsa, demilitarizasiyaya uğradılacaq”, - D.Peskov söyləyib.

Qeyd edək ki, ötən gün Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar Ukraynada “Bayraktar” PUA-larını istehsal edən zavodun tikiləcəyini açıqlayıb. Onun sözlərinə görə, Ukrayna və Türkiyə arasında "Bayraktar" zavodunun tikintisinə dair saziş təsdiqlənib.



report




Baxış sayı: 381



OXŞAR XƏBƏRLƏR