QALA NEWS

23 Aprel Çərşənbə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 09 Aug 2022, 14:20
Rusiya vətəndaşlarını Fransada tarixi qalaya buraxmırlar

Fransanın paytaxtı Paris yaxınlığında yerləşən Vensen qalasına Rusiya vətəndaşlarının daxil oması qadağan edilib.

Qalanews xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələr Nazirliyi AFP-nin sorğusuna cavabında bildirib.

Sorğuya əsasən, Rusiyanın Ukraynada apardığı müharibəyə görə rusiyalıların hərbi obyektlərə buraxılmasına məhdudiyyət qoyulub. Vensen qalası da hərbi obyektlərdən sayılır.

Bildirilib ki, bu il iyulun 28-də Rusiya vətəndaşı olan iki gənc qadın pasportlarını təqdim edərək qalanı ziyarət etmək istəyib. Ancaq mühafizə bildirib ki, Rusiya vətəndaşı olduqları üçün onları qalaya buraxmırlar.




Baxış sayı: 299



OXŞAR XƏBƏRLƏR