QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 08 Aug 2022, 22:37
"Ferentsvaroş"un prezidenti: "Qarabağ"la oyunun əhəmiyyətinin fərqindəyik"

"Duel iki matçdan ibarətdir. "Slovan"la görüşdə də bir dəqiqə belə ruhdan düşmədik və nəticə qazandıq".

Bunu "Ferentsvaroş"un prezidenti Qabor Kubatov Macarıstanda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

Fuknsioner azarkeşlərin matçın ağırlığını hiss etdiklərini bildirib: "Futbolçularımız da oyunun əhəmiyyətinin fərqindədirlər. Odur ki, fanatlarımız qazanacağımız uğuru canlı izləmək şansını qaçırmamalıdır".

Qeyd edək ki, avqustun 9-da Budapeştdəki "Groupama Arena"da oynanılacaq "Ferentsvaroş" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.




Baxış sayı: 386



OXŞAR XƏBƏRLƏR