QALA NEWS

24 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 08 Aug 2022, 23:30
"Ferenstvaroş"un futbolçusu: "Qarabağ" güclü komandadır"

"Çox güclü komanda ilə qarşılaşacağıq".

Bunu "Ferenstvaroş"un futbolçusu Balint Veçey Macarıstanda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

29 yaşlı yarımmüdafiəçi "köhlən atlar"ın hücumçularını xüsusi fərqləndirib: "Rəqibin qarşısını almaq üçün bizə yaxşı güc və düzgün strategiya lazımdır. Azarkeşlərimzin də dəstəyi ilə öz meydanımızda daha yaxşı oynamaq istəyirik".

Veçey müdafiə baxımından rəqibi qabaqladıqlarını sözlərinə əlavə edib: "Sürətli əks-hücumlarla onları cəzalandıra bilərik. Sabah bütün gücümüzü ortaya qoyacağıq. Matça sakit başlamaq çox vacibdir".

Qeyd edək ki, avqustun 9-da oynanılacaq "Ferentsvaroş" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.




Baxış sayı: 342



OXŞAR XƏBƏRLƏR