QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 06 Aug 2022, 14:04
Pərviz Sultanov istirahət mərkəzinin hovuzunda boğularaq öldü

Bakıda istirahət mərkəzinin hovuzunda ölüm hadisəsi baş verib.

 

Dünən Səbail rayonu Şıx qəsəbəsində yerləşən “Dostluq” istirahət mərkəzinin hovuzunda paytaxt sakini, 32 yaşlı Pərviz Kazım oğlu Sultanov boğularaq ölüb.

 

Yaxınlıqdakı şəxslər gəncin hovuzda batdığını görüblər. P.Sultanov sudan çıxarıldıqda onun artıq öldüyü məlum olub.

 

İlkin araşdırmalar zamanı P.Sultanovun epilepsiya xəstəsi olduğu məlum olub və qıcolma səbəbindən suda batdığı bildirilib.

 

Araşdırmalar davam etdirilir. (Qafqazinfo)




Baxış sayı: 6079



OXŞAR XƏBƏRLƏR