QALA NEWS

24 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 20 Jul 2022, 11:56
İsveçrə mətbuatı: Bakıdakı ofsayd Sürixdə cütün taleyini həll edə bilər

İsveçrənin "Sürix" klubunun UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Qarabağ"ın qapısına vurduğu ilk qol cütün taleyi baxımından həlledici rol oynaya bilər.

Qalanews xəbər verir ki, bu barədə İsveçrənin nau.ch saytı məlumat yayıb.

Lindrit Kamberinin 65-ci dəqiqədə vurduğu qolu paylaşan nəşr həmin epizodda açıq-aşkar oyundankənar vəziyyətin olduğunu etiraf edib. Sayt yazıb ki, "Sürix"in hər iki qolunda Bosniya və Herseqovinadan olan baş hakim İrfan Peltonun aktiv köməyi olub:

"Düzdür, penalti epizodu ilə bağlı deyiləcək bir şey yoxdur. Amma 65-ci dəqiqədə Adrian Qereronun cərimə zərbəsini yerini yetirdiyi vaxt qol müəllifi Kamberi açıq-aşkar ofsaydda idi. Bunu epizodun baxdıqda da görmək olur ki, Kamberi "Qarabağ"ın müdafiəçisindən bir addım irəlidədir. Lakin yan xətt hakimi 22 yaşlı müdafiəçinin öndə olduğunu heç görməyib".

O da bildirilir ki, xoşbəxtlikdən Çempionlar Liqasının təsnifat mərhələlərində VAR sistemi tətbiq olunmur. Ona görə də Sürixdəki cavab görüşü növbəti mərhələyə yüksəlmək baxımından həlledici ola bilər.

Qeyd edək ki, "Qarabağ" dünən İsveçrə çempionu "Sürix"ə 3:2 hesabı ilə qalib gəlib. "Sürix"in mərhələ adlaması üçün 2 top fərqlə qalib gəlməsi lazımdır.





Baxış sayı: 1419



OXŞAR XƏBƏRLƏR