QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 05 Jul 2022, 00:04
Liftin qırılmasına görə Baş Prokurorluqdan AÇIQLAMA

Baş Prokurorluq Bakıda yaşayış binasının lifti qırılması ilə bağlı məlumat yayıb.

Qalanews bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, iyulun 4-ü paytaxtın Nərimanov rayonu Həsənoğlu küçəsi, ev 6 ünvanında yerləşən hündürmərtəbəli binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə liftin qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilib.

Hazırda faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.




Baxış sayı: 250



OXŞAR XƏBƏRLƏR