QALA NEWS

23 Aprel Çərşənbə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 04 Jul 2022, 15:01
KİV: “Ukrayna ordusu Xersona snayper atəşi məsafəsindədir"

“Ukrayna Silahlı Qüvvələri artıq Xersona yaxınlaşıb və snayper atəşi məsafəsindədirlər”.

Qalanews UNIAN-a istinadən məlumat verir ki, bu barədə “The Economist” nəşri yazıb.

“Xerson uğrunda döyüşlər son dərəcə çətin olacaq. Çünki tərəflərdən heç biri təslim olmaq istəmir. Ukrayna qərbdən və şimaldan əks-hücuma hazırlaşdıqca döyüşlər şiddətlənəcək”, - qəzet yazıb.

Bununla belə, “The Economist”in materialına görə, indi baş verənlər hələ tam əks-hücum demək deyil: “Ukrayna ordusunun əsas diqqəti şərqdə rus qoşunlarının davamlı irəliləyişini dayandırmağa yönəlib. Əsgərlər sursat və şəxsi heyətin çatışmazlığından şikayətlənirlər. Lakin Qərb raket sistemlərinin daha çox tədarükü durumu kökündən dəyişə bilər. İndi cənub istiqamətində yalnız bir neçə M777 haubitsa yerləşdirilib”.

Həmçinin qeyd edilir ki, Rusiya müdafiə xəttini daim təkmilləşdirir, yerin altında möhkəmləndirilmiş bunkerlər tikirlər: “Rusiya qoşunlarının yerli əhalini canlı qalxan kimi istifadə etməsi vəziyyəti daha da çətinləşdirir”.




Baxış sayı: 282



OXŞAR XƏBƏRLƏR