QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 04 Jul 2022, 14:55
QMİ: "Azərbaycandan Həcc ziyarətinə gedənlərin səhhətində heç bir narahatlıq yoxdur"

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların səhhətində heç bir narahatlıq yoxdur.

Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Nəcəfov bildirib.

Hazırda Məkkədə olduğunu söyləyən QMİ rəsmisi qeyd edib ki, zəvvarlar iyulun 7-si axşam saatlarında Ərəfat dağına qalxacaqlar: "İyulun 9-10-11-i Şeytana daş atma olacaq".

Zəvvarlar Azərbaycana iyulun 19-20-də dönəcəklər.

Xatırladaq ki, builki Həcc ziyarətinə Azərbaycan zəvvarları üçün 680 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 9 106 manat müəyyən olunub. Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir. Bundan başqa, iki doza vaksin tələb olunur. 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir.

Həcc ziyarətini Azərbaycanda QMİ təşkil edir. Son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.




Baxış sayı: 282



OXŞAR XƏBƏRLƏR