QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 04 Jul 2022, 15:01
DÇ-2022: Almaniya əhalisinin yarısı yığmanın mundialda iştirakını istəmir

Almaniya əhalisinin təxminən yarısı futbol üzrə milli komandanın Qətərdə keçiriləcək dünya çempionatında iştirak etməsini istəmir.

Bu barədə "YouGov" Sosiologiya İnstitutu sorğu aparıb.

Respondentlər mundial üçün stadionların tikintisi zamanı fəhlələrin həlak olması ilə bağlı narazılıqlarını bildiriblər. Sorğuya qatılanların 48 faizi Bundestimin DÇ-2022-də iştirakının əleyhinə çıxıb.

28 faiz yığmanın dünya çempionatını buraxmamalı olduğunu düşünübsə, 24 faiz məsələyə münasibət bildirmək istəməyib.

Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.




Baxış sayı: 228



OXŞAR XƏBƏRLƏR