QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 03 Jul 2022, 21:05
Almaniya Prezidenti: "Ukraynanı Rusiya ilə danışıqlara məcbur etməyəcəyik"

"Biz Ukraynanı məcbur etməyəcəyik. Bu, onun daxili işidir".

Qalanews xəbər verir ki, bu barədə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ZDF telekanalına müsahibəsində bildirib.

Ştaynmayerin sözlərinə görə, indi hər şey döyüş meydanındakı nəticədən asılıdır.

"Ukrayna yenidən suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini bərpa etməlidir. Biz Ukrayna üçün elə bir situasiya yaratmalıyıq ki, danışıqlara başlamazdan əvvəl onu gücləndirək, onun danışıqlar aparacağı bir şey olsun", - Almaniya dövlətinin başçısı deyib.

O, Ukraynadakı vəziyyətin Almaniya üçün nəticələrinə toxunaraq vurğulayıb: "Ola bilər ki, bizi hələ çətin illər gözləyir".




Baxış sayı: 244



OXŞAR XƏBƏRLƏR