QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 02 Jul 2022, 22:31
Ukrayna Ordusu daha bir yaşayış məntəqəsini azad edib

Ukrayna Silahlı Qüvvələri Xerson vilayəti Berislav rayonunun İvanovka kəndini azad edib.

Qalanews xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Cənubi Buq istiqamətində Rusiya hərbçiləri Ukrayna qüvvələrinin fəaliyyəti nəticəsində İvanovka kəndini tərk edib”, - Baş Qərargah açıqlayıb.

Qeyd edək ki, mərkəzi şəhəri daxil olmaqla böyük hissəsi Rusiya qüvvələrinin nəzarətində olan Xerson vilayətində vəziyyət ağır olaraq qalır. Rusiya hərbçiləri nəzarət etdikləri əraziyə humanitar yardımın göndərilməsini əngəlləyir, Ukrayna Ordusunun vilayətdə azad etdiyi yaşayış məntəqələrini müntəzəm olaraq atəşə tutur.

Son həftələrdə Ukrayna Silahlı Qüvvələri Xerson istiqamətində əks-hücuma başlayıb. Onlar vilayətin bir sıra ərazilərini azad edilərək Xerson şəhərinə yaxınlaşıblar. Hazırda bölgədə şiddətli döyüşlər davam edir.

Xatırladaq ki, martın 2-də Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xerson vilayətinin eyniadlı mərkəzini ələ keçirdiyini  açıqlayıb. Bundan sonra bölgədə Rusiya tərəfindən hakimiyyətə gətirilən qondarma rəhbərlik Rusiyaya birləşmək niyyətini bildirib.




Baxış sayı: 977



OXŞAR XƏBƏRLƏR