QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 02 Jul 2022, 21:49
Ermənilər Laçın şəhərinə görə hərəkətə keçdi – “İtkilər OLACAQ”

Laçın şəhəri, Sos və Zabux kəndləri ətrafında vəziyyət yeni toqquşmaya səbəb ola bilər.

Qalanews xəbər verir ki, bu iddia ilə Ermənistan parlamentinin deputatı, hərbi ekspert Tiqran Abramyan çıxış edib.

Abramyan iddia edir ki, 10 noyabr razılaşmasında Laçın dəhlizinin yeni marşrutunun istifadəyə verilməsindən sonra Zabux və Sos kəndlərinin Azərbaycana təhvil veriləcəyi qeydi yoxdur: “Ermənistan tərəfi bundan istifadə etməli və Laçın şəhərində, eləcə də bu iki kənddə “erməni icması”nın qalmasına çalışmalıdır. Lakin bunu ehtiyatla etməliyik, çünki vəziyyət yeni toqquşma həddindədir”.

Onun sözlərinə görə, Azərbaycan sona qədər gedəcək və yeni yolun istifadəsindən sonra bu ərazilərə nəzarəti bərpa etmək üçün hər şey edəcək.

“Yeni toqquşma baş verərsə, itkilər qaçılmaz olacaq. Ermənistan tərəfi ehtiyatlı olmalıdır”, – Abramyan çağırış edib.



kaimaz




Baxış sayı: 1025



OXŞAR XƏBƏRLƏR