QALA NEWS

24 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 02 Jul 2022, 22:13
Türkiyənin ixracı ötən ay rekord həddə çatıb

Bu ilin iyun ayında Türkiyənin ixracının dəyəri 23,4 milyard ABŞ dollarl olmaqla rekord həddə çatıb.

Qalanews “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Mehmet Muş bildirib.

Onun sözlərinə görə, ötən ilin iyun ayı ilə müqayisədə ölkənin ixracı 18,5% artıb.

"İxracatın artım tendensiyası ötən ildən başlayıb və bu il də davam edir", - deyə nazir qeyd edib.

Ötən ay Türkiyənin idxalının dəyəri isə illik müqayisədə 40% çox - 31,6 milyard ABŞ dolları təşkil edib. Bunun isə 8,1 milyard ABŞ dolları enerji daşıyıclarının alınmasına sərf olunub.




Baxış sayı: 267



OXŞAR XƏBƏRLƏR