QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 02 Jul 2022, 14:20
Ukrayna XİN başçısı iranlı həmkarını ölkəsinə dəvət edib

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışğı olub.

Qalanews xəbər verir ki, məlumatı “Tasnim” xəbər agentliyi yayıb.

Bildirilib ki, telefon danışığı zamanı H.Ə.Abdullahian İranla Ukrayna arasında son 30 ildə əlaqələrin dostluq, hörmət və qarşılıqlı əməkdaşlıq üzərində qurulduğunu qeyd edib. O, müqavilələr çərçivəsində Qara dənizdən taxılın daşınması üçün dəhliz yaranmasında İranın iştiraka hazır olduğunu bildirib.

Eyni zamanda, tərəflər ikitərəfli münasibətlərə dair məsələləri də müzakirə ediblər.

Söhbət zamanı Ukrayna XİN başçısı iranlı həmkarını ölkəsinə dəvət edib.

Qeyd edək ki, bu günlərdə İranın iş adamları ilə Donetskdəki separatçılar arasında Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forum çərçivəsində ticarət haqqında razılaşmalar imzalanıb.




Baxış sayı: 245



OXŞAR XƏBƏRLƏR