QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Jul 2022, 21:36
Avropa Komissiyası Ukraynaya 1 milyard avro ayırmağı təklif edir

Avropa Komissiyası Ukraynaya 1 milyard avro məbləğində təcili makromaliyyə yardımının birinci hissəsinin ayrılmasını təklif edib.

Qalanews xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tviterdə bildirib.

"Bu gün biz Ukraynaya 1 milyard avro ayırmağı təklif edirik. Makromaliyyə yardımının birinci hissəsi may ayında elan edilib. Bu, ölkənin təcili ehtiyaclarını ödəməyə kömək edəcək", - Avropa Komissiyasının rəhbəri deyib.

O, qeyd edib ki, Avropa İttifaqı Ukraynaya yardımı davam etdirəcək və uzunmüddətli perspektivdə onun bərpasına dəstək verəcək.

Bundan əvvəl Avropa Komissiyasının Ukraynaya doqquz milyarda qədər makromaliyyə yardımı göstərməyə hazırlaşdığı bildirilirdi.




Baxış sayı: 236



OXŞAR XƏBƏRLƏR