QALA NEWS

16 Aprel Çərşənbə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Jul 2022, 15:44
Təhlükəsizlik və Müdafiə Şurası: “Ukraynanı çox çətin müharibə gözləyir”

“Ukraynanı çox çətin müharibə gözləyir”.

Qalanews xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının Baş katibi Aleksey Danilov tviter səhifəsində yazıb.

Onun sözlərinə görə, Ukraynanın müttəfiqlərindən aldığı hərbi yardım kifayət etmir: "Biz bütün tərəfdaşlarımıza minnətdarıq və ümid edirik ki, Rusiya ilə paritet əldə olunacaq. Biz çox çətin müharibə ilə üz-üzəyik və ölkəmizi bizdən başqa kimsə müdafiə etməyəcək”.

Xatırladaq ki, daha əvvəl Prezident Volodimir Zelenski Donbasda vəziyyətin ağır olduğunu bildirmişdi. Çünki Rusiya ordusu Ukraynanın şərq rayonlarını məhv etmək üçün bütün texnika və canlı qüvvədən istifadə edir.



report




Baxış sayı: 264



OXŞAR XƏBƏRLƏR