QALA NEWS

24 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Jul 2022, 17:12
Türkiyə Prezidenti: "Balanslı siyasətimizi bundan sonra da davam etdirəcəyik"

“Biz balanslı siyasət yeritməyin tərəfdarıyıq. Balanslı siyasətimizi bundan sonra da davam etdirəcəyik”.

Qalanews “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezienti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“İndi bizim Rusiya ilə əlaqələrimiz var. Bu gün bizim istifadə etdiyimiz təbii qazın, təxminən, 40 faizi Rusiyadan gəlir. Digər tərəfdən, nüvə enerjisi ilə bağlı işlər görülür. Həmçinin bizim müdafiə sənayəsi ilə bağlı da təmaslarımız var. Bu mövzular bizi yaxınlaşdırır. Yəni biz həm Rusiya, həm də Ukrayna ilə təmaslarımızı davam etdirəcək və balanslı siyasət yeridəcəyik. İstəyirik ki, xarici siyasətimiz bundan sonra da ziyan görməsin”, - o söyləyib.




Baxış sayı: 251



OXŞAR XƏBƏRLƏR