QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Jul 2022, 16:30
BMT-nin rezident əlaqələndiricisi: “Zəngilanda “ağıllı kənd”in salınması çox mühüm addımdır”

“Azərbaycan hökumətinin Zəngilanda məcburi köçkünlərin qayıda biləcəyi “ağıllı” kəndin tikintisi ilə bağlı gördüyü işlər çox mühüm addımdır”.

Bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva deyib.

O, Azərbaycanın azad edilmiş müxtəlif ərazilərində olsa da, ilk dəfə Zəngilana səfər etdiyini vurğulayıb: “Biz Zəngilana qayıdacaq məcburi köçkünlərin burada öz dinc həyatlarını necə bərpa edəcəklərini səbirsizliklə gözləyirik”.

V.Andreeva “ağıllı” kənddəki infrastrukturun və şəraitin onda böyük təəssürat yaratdığını əlavə edib.

Onun sözlərinə görə, beynəlxalq strukturlar BMT çərçivəsində suyun saflığının monitorinqi, onun içməli su kimi və kənd təsərrüfatında istifadəyə yararlı olması üçün təmizlənməsi üzrə tədbirlərin görülməsində Azərbaycana dəstək verə bilər.




Baxış sayı: 257



OXŞAR XƏBƏRLƏR