Namaz vaxtları
Kateqoriyalar
“Finlandiya və İsveçlə imzalanan anlaşma memorandumu bir başlanğıcdır, dəvətdir. Əsl olan verilən sözlərin həyata keçirilməsidir”.
Qalanews xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib.
“Bundan sonrakı prosesdə anlaşma memorandumunda qeyd olunan xüsusların tətbiq olunmasını diqqətlə izləyəcəyik və addımlarımızı buna uyğun atacağıq”, - dövlət başçısı bildirib.
Türkiyə lideri vurğulayıb ki, İsveç və Finlandiya əvvəlcə öz öhdəliklərini yerinə yetirməlidir: “Bundan sonra biz də məsələni parlamentimizdə müzakirə edərik. Əgər onlar öhdəliklərini yerinə yetirməsələr, biz buna icazə vermərik. Makedoniya 20 ildə NATO-ya üzv oldu. Bu, o qədər asan məsələ deyil. Bunu İsveç də, Finlandiya da bilir.
Mən verilən vədə baxıram. Əgər vəd yerinə yetirilməzsə, anlaşma pozular. Əgər terrorçular bizə verilməzsə, ondan sonra bizdən inciməsinlər. Verilən söz tutulmalıdır. Ləyaqətli siyasət budur”.
report
Video Xəbər
HEÇ KİM BUNU GÖZLƏMİRDİ: Putin məkrli planını həyata keçirir - Minlərlə ukraynalı uşaq...VİDEO
SİYASƏT
-
Ərdoğan Ukraynaya yola düşüb
Yazar Qalanews 12:21 -
Türkiyə İsrailə səfir təyin edəcək
Yazar Qalanews 23:57 -
Azərbaycan XİN İndoneziyanı təbrik edib
Yazar Qalanews 18:33 -
Ərdoğan Qırğızıstana səfər edə bilər
Yazar Qalanews 16:46