QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Jul 2022, 12:08
Meymunlar təmiz su içmək üçün quyu qazmağı öyrəniblər

Uqanda cəngəlliklərində şimpanzelər quyu qazmağı öyrəniblər.

Qalanews oxu.az-a istinadən xəbər verir ki, Kent Universiteti alimlərinə görə, meşə meymunları məhz içməli suya çatmaq üçün bunu edirlər.

Vabira qoruğundan olan şimpanzelər buraya başqa bölgədən gətirilən dişi Oniofi sayəsində nadir bir bacarığa yiyələniblər. O, su axtarışında inamla və məharətlə torpağı qazır, əldə etdiyi içməli su ilə digər həmcinslərilə də bölüşürdü.

Meşə şimpanzeləri qazıntı işlərini diqqətlə izləyir və sonra yaranan çuxurlardan su içirdilər. Bir müddət sonra onlar özləri də Oniofinin hərəkətlərini təkrar etməyə başlayıb, beləliklə də, içməli su əldə etmək üçün quyu qazmağı öyrəniblər.




Baxış sayı: 293



OXŞAR XƏBƏRLƏR