QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 30 Jun 2022, 23:30
Rusiyanın 330 milyard dollarlıq aktivinə həbs qoyulub

ABŞ Mərkəzi Bankının Xəzinədarlıq Departementi Rusiyanın dünya üzrə ümumilikdə 330 milyard dollarlıq aktivinə həbs qoyulduğunu bildirib.

Qalanews APA-ya istinadən bildirir ki, bu barədə Departementin yaydığı bəyanatda deyilir. Qeyd edilib ki, çoxmillətli işçi qrupu, Rusiya fiziki şəxslərinin 30 milyard, Rusiya Mərkəzi Bankının isə 300 milyard dollar aktivlərini bloklayıb və ya dondurub: "Fiziki şəxslər dedikdə Rusiya elitaları, proksilər və oliqarxlar nəzərdə tutulur. Rusiya Mərkəzi Bankının 300 milyard dollarlıq aktivləri əməliyyat qrupu tərəfindən hərəkətsizləşdirilib, yaxtalar və dəbdəbəli daşınmaz əmlaklar da müsadirə edilərək, dondurulub və ya saxlanılıb".

Qeyd edək ki, İşçi qrup mart ayında Ukraynadakı hərbi əməliyyatlara görə Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi üçün yaradılıb.




Baxış sayı: 257



OXŞAR XƏBƏRLƏR